ABŞ-da it tüfənglə adamı vurub…

ABŞ-ın Kanzas ştatında it təsadüfən tüfəngə çaxçağına basıb və sahibini öldürüb…

PİA.az NBC News-a istinadən bildirir ki, ABŞ-ın Kanzas ştatında it təsadüfən tüfəngin üstünə basaraq ovçu sahibini kürəyindən güllə ilə vuraraq öldürüb.

Hadisə Kanzas ştatının Viçita şəhərindən 70 kilometr cənubda kənd yolunda baş verib. Qeyd olunur ki, avtomobildə 30 yaşlı kişi cəsədi tapılıb.

Polisin məlumatına görə, onun ölümündə günahkar yük maşınının arxasında olan və təsadüfən tüfəngin çaxmağına toxunan it olub. Güllə ön sərnişin oturacağında oturan kişinin kürəyinə dəyib.

pia.az