Dəvə onu yumruqlayan baxıcısını öldürdü

Rusiyada dəvə onu yumruqlayan baxıcısını öldürüb...

PİA.az “The Mirror” nəşrinə istinadən xəbər verir ki, Rusiyada dəvə onu vuran 51 yaşlı baxıcısına hücum edib. Dəvənin dişləyib əzdiyi adam həyatını itirib.

Xəbərə görə, insident Sibir Federal Dairəsinin Omsk vilayətindəki istirahət düşərgəsində baş verib. Baxıcı tərəfindən üzünə yumruq vurulan dəvə kişiyə hücum etməyə başlayıb. Dəvə dəfələrlə dişlədiyi baxıcısını tapdalayıb. Xəstəxanaya çatdırılan baxıcı elə orada ölüb.

Qeyd edək ki, təxminən iki həftə əvvəl Tailandda da fil öz sahibini öldürüb. Səlahiyyətlilər bildirir ki, Cojo adlı heyvan işlədilməkdən bezib, daha sonra sahibi Suvit Paenqpraçanı dişləyərək əzib. 35 yaşlı Paenqraçanın bütün bədənində diş yarası olduğu müəyyən edilib.

pia.az