“BioNTech”in Almaniyanı tərk etmək iddiası rədd edildi

Mövzu ilə əlaqədar Korporativ Kommunikasiyalar sədrinin köməkçisi Alatoviç açıqlama verib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın Bild qəzetinin mərkəzi ofisi Maynsda yerləşən “BioNTech” biotexnologiya şirkətinin Almaniyanı tərk edəcəyi ilə bağlı iddianın doğru olmadığı açıqlanıb.

“BioNTech”in Korporativ Kommunikasiyalar üzrə vitse-prezidenti Jasmina Alatoviç açıqlamasında Bild qəzetinin xəbərlərinin həqiqətə uyğun olmadığını bildirib:

“Biz bunun düzəldilməsini xahiş etdik. Düzdür, biz İngiltərədə əlavə filialların açılmasını planlaşdırırıq. Bunun Almaniyada və ya bütün dünyada BioNTech-in mövqelərinə heç bir təsiri yoxdur”.

Bild qəzetindəki “Korona qəhrəmanları belə ölkəni tərk edir” başlıqlı xəbərdə Covid-19 peyvəndini ilk olaraq hazırlayan Uğur Şahin və Özlem Türecinin “BioNTech”i Almaniyadan köçürməyə qərar verdiyi iddia edilib. Həmçinin, xəbərdə “BioNTech”in istehsal və Ar-Ge layihələrini Almaniyanın Mayns şəhərindən İngiltərəyə daşımağa qərar verdiyi deyilib.

“BioNTech” yanvarın 6-da İngiltərə Səhiyyə Nazirliyi ilə İngiltərədə xərçəng müalicəsi üçün Ar-Ge mərkəzinin yaradılması barədə razılığa gəldiyini açıqlayıb.

pia.az