Fənərbaxça Ceydn Ustervoldla bağlı transferin sonuna yaxınlaşır

Superliqa təmsilçisi Fənərbağça-nın Parma-da çıxış edən hollandiyalı futbolçu Ceydn Ustervoldun transferində irəliləyiş əldə etdiyi öyrənilib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralıq transfer dövründə heyətini gücləndirmək üçün səylərini davam etdirən Fənərbaxça Parma-nın sol cinah müdafiəçisi Ceydn Ustervoldla böyük ölçüdə anlaşıb.

Futbolçunun Fənərbaxça klubunun təklifini qəbul etdiyi öyrənilib. Beləcə, Fənərbaxça İtaliya təmsilçisi ilə danışıqlarda son mərhələyə gəlib.

İki klub da hollandiyalı futbolçunun transferi ilə bağlı danışıqları davam etdirir.

Qeyd edək ki, yay transfer dövründə Hollandiyanın Eredivisie komandası Twente-dən 3 milyon avroya alınan Ustervold bu mövsüm 18 liqa oyununda forma geyinib.

pia.az