Patriarx Kirill ukraynalıları və rusları barışığa çağırıb

“Rusiya dövləti taleyüklü çağırışlarla üz-üzədir. Bu çağırışlara tarixi Rusiya xalqlarının, o cümlədən rus, ukraynalı və belarus xalqlarının əlaqələrini gücləndirəcək cavab tapmaq lazımdır. Bu xalqlar qardaşlararası çəkişmə cəhdlərinə son qoymalı və təxribatlara uymamalıdırlar”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Xilaskar İsa Məsih Məbədində oxuduğu xütbədə bildirib.

Rusiyada aerodroma hücum edən Ukrayna PUA-sı vurulub, 3 hərbçi ölüb"Bizim kilsəmiz bütün Rusiyanın kilsəsidir. İstər Rusiya, istər Ukrayna, istər Belarus, istərsə də tarixi Rusiyaya daxil olan digər ölkələr və xalqlar bizim xidmət apardığımız yerdir. Bu o deməkdir ki, yaranan problemləri bizim dualarımız müşayiət etməlidir ki, Allah ilk növbədə insanları barışdırsın”, - deyə Patriarx Kirill vurğulayıb.

pia.az