İspaniyanın Ukraynaya “Leopard” tankları verəcək

İspaniya Ukraynaya alman “Leopard” tanklarının tədarükünə qoşulmaq qərarına gəlib…

PİA.az xəbər verir ki, bu barədə İspaniyanın El Pais qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, yanvarın 25-də səhər hökumət bu planları təsdiqləyib.

İspaniyanın Ukraynaya nə qədər tank verəcəyi dəqiqləşdirilməyib.

El Pais yazır ki, İspaniyanın ümumilikdə 347 “Leopard” tankı var, onlardan 108-i Ukraynanın istədiyi “Leopard 2A4” modelidir. Bu tanklar İspaniya tərəfindən 1995-ci ildə Almaniyadan icarəyə götürülüb və 2005-ci ildə 15 milyon avroya alınıb. Qəzet qeyd edir ki, onlardan 53-ü on ildir istifadə olunmayıb.

Qeyd edək ki, bir gün əvvəl “Der Spiegel” yazıb ki, Almaniya kansleri Olaf Şolts “Leopard 2” tankını Ukraynaya vermək qərarına açıqlayıb. Nəşrin məlumatına görə, bu, ən azı bir tank rotası olacaq (yəni ən azı 10-12 tank). Bundan əlavə, Almaniya Ukraynaya digər Avropa ölkələrinə “Leopard” tanklarını vermələrinə razılıq verib.

Dünən “Reuters” amerikalı rəsmilərə istinadən bildirib ki, Ağ Ev bu gün yanvarın 25-də Ukraynaya “Abrams” tanklarının veriləcəyini elan edə bilər, lakin onların ötürülməsi prosesi aylarla uzana bilər. Policito isə yazıb ki, Vaşinqton Kiyevə “30 Abrams” tankı göndərəcək.

pia.az