Milli Məclis Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min şəxslə bağlı fəaliyyət həyata keçirəcək

Milli Məclis Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min insanla bağlı məsələnin insan hüquqları aspektində geniş yerli və beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyət həyata keçirəcək...

PİA.az xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2023-ci il yaz sessiyası üçün iş planına daxil edilib.

Belə ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırım, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min insan haqqında, o cümlədən Vətən Müharibəsi dövründə həyata keçirilən müharibə cinayətlərinin insan hüquqları aspektində geniş yerli və beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyət həyata keçiriləcək.

pia.az