Ukrayna müharibəsini kim dayandıra bilər?

Berluskoni Ukraynadakı münaqişəni həll etməyə qadir olan şəxsin adını çəkib…

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni deyib ki, Roma Papası Fransiskdən başqa heç kimin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə yönələcək həll yolları yoxdur.

PİA.az xəbər verir ki, sqabiq Baş nazir bu barədə İtaliyanın Corriere della Sera qəzetinə deyib. Qəzet yazır ki, siyasətçi gərginliyi azaltmaq üçün təklif olunan həll yollarının olmamasının onu əsəbiləşdirdiyini vurğulayıb.

“Biz Qərbin, Avropanın, Atlantik Alyansın tərəfindəyik. Bununla belə, Papa və Müqəddəs Taxt-Tacdan başqa heç kimin keysində münaqişənin sülh yolu ilə həllinə yönəlmiş həll yollarının görünməməsi məni kədərləndirir”, deyə Berluskoni bildirib. O, əlavə edib ki, hazırda Avropada və ümumilikdə Qərbdə “bacarıqlı liderlər” yoxdur.

Xatırladaq ki, müharibənin başlanğıc aylarında Berluskoni özünü Ukrayna üzrə vasitəçi roluna təklif etmişdi. O, həmçinin Almaniyanın keçmiş kansleri Angela Merkelin də vasitəçi ola biləcəyini qeyd etmişdi.

pia.az