Ulduzların cinsi təcavüz razılaşması…

“Taxtların Oyunu” serialının aktrisası Esme Bianco və müğənni Merilin Manson cinsi təcavüz iddiası ilə bağlı razılığa gəliblər…

“Taxtların Oyunu” serialının aktrisası Esme Bianko və müğənni Merilin Menson cinsi təcavüz hadisəsi ilə bağlı razılığa gələ bilib. PİA.az xəbər verir ki, bu barədə NME portalı yazıb.

Bildirilir ki, Bianco 2021-ci ildə Mansona qarşı iddia qaldırıb. Sənətçi müğənniyə qarşı cinsi və fiziki zorakılıq, eyni zamanda insan alveri ilə bağlı iddialar səsləndirib.

NME portalı yazır ki, tərəflər məhkəmədənkənar barışıq əldə edib. Müqavilənin dəqiq şərtləri məlum deyil, lakin Biankonun vəkili Jay Ellwanger bu xəbəri təsdiqləyib. O, bildirib ki, aktrisa “karyerasını davam etdirmək üçün Brian Warner (Mansonun əsl adı) və Marilyn Manson Records, Inc. Şirkətinə qarşı iddialarını geri götürüb.

pia.az