İsveçdə “Quran”ın yandırılması aksiyasında Rusiya izi…

Türkiyə səfirliyi qarşısında “Quran”ın yandırılması aksiyasının planlanmasında Russia Today telekanalının keçmiş stringeri Çanq Frik iştirak edib...

PİA.az xəbər verir ki, bu barədə Çanq Frikin özü The Insider nəşrinə bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük müraciətini dəstəkləməyəcəyini bəyan etməsindən sonra Stokholmda “Quran”ın yandırılması ilə bağlı aksiyaya jurnalist və Russia Today telekanalının keçmiş stringeri Çanq Frik kömək edib.

Frik “The Insider”ə müsahibəsində aksiyanın keçirilməsi üçün icazənin pulunu ödədiyini təsdiqləsə də, heç kimdən dini kitabları yandırmağı tələb etmədiyini deyib.

“Belə bir niyyət olmayıb, bu mənim fikrim deyil”, deyə jurnalist bildirib.

pia.az