Zalujnı ABŞ-dan aldlğı 1 milyon mirası Ukrayna ordusuna sərf edib

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı 1 milyon dollar miras alıb və bu mirası ordunun ehtiyaclarına verib…

PİA.az xəbər verir ki, belə bir məlumatla The New York Times qəzeti çıxış edib.

Qəzet yazır ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı ABŞ-dakı qohumu, əslən ukraynalı olan Qriqori Stepantsdan 1 milyon dollar həcmində miras alıb. Bu ilin yanvar ayında general bütün bu mirası Ukrayna ordusunun ehtiyaclarına sərf edib.

Qeyd edilr ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti təsdiq edib.

pia.az