ABŞ-ın 8 ştatı Google-a qarşı antiinhisar iddiası qaldırıb

ABŞ-ın 8 əyalət prokuroru Google-a qarşı antiinhisar iddiası qaldırıb…

İddiada bildirilir ki, şirkət internet saytlarında reklamların alqı-satqısının asılı olduğu texnologiyanı monopoliyaya alıb.

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Ədliyyə Nazirliyinin məlumatında bildirilir ki, Kaliforniya, Kolodaro, Konnektikut, Nyu-Cersi, Nyu-York, Rod-Aylend, Tennessi və Virciniya ştatlarının baş prokurorları birlikdə Google-a qarşı bir neçə rəqəmsal reklam məhsulunu monopoliyaya aldığı üçün mülki iddia qaldırıb.

Ştataların prokurorları birgə iddialarında qeyd ediblər ki, son 15 il ərzində Google reklam texnologiyaları sahəsində rəqiblərin neytrallaşdırılması və aradan qaldırılması siyasətini həyata keçirib. Nəticədə, Google qlobal reklam bazarınd gəlirlərin 30%-dən çoxuna sahib olmağa nail olub.

ABŞ Ədliyyə Nazirliyindən verilən məlumata görə, iddiaçılar şirkəti məsuliyyətə cəlb etmək niyyətindədirlər.

pia.az