Alman iqtisadiyyatı bu il 0,2 faiz arta bilər

Oktyabr proqnozu 0.4 faiz azalma yönündə idi...

PİA.az Bloomberg-ə istinadən xəbər verir ki, Almaniya hökuməti Almaniya iqtisadiyyatının bu il 0,2 faiz artacağını proqnozlaşdırır.

Almaniyanın bu il və gələn il üçün artım proqnozları sabah ölkənin iqtisadiyyat naziri Robert Habek tərəfindən açıqlanacaq.

Bloomberg-in verdiyi xəbərə görə, Almaniya iqtisadiyyatı 2023-cü ildə 0,2 faiz artacaq. 2022-ci ilin oktyabrında verilən proqnozda ölkənin bu il 0,4% daralması gözlənilirdi.

Habek Almaniyanın 2024-cü il üçün artım proqnozunun aşağıya doğru yenidən nəzərdən keçiriləcəyini açıqlayacaq. Daha əvvəl 2,3% olaraq açıqlanan artım proqnozunun 1,8% dəyişdirilməsi gözlənilir.

Baş nazir Olaf Şolz isə Dünya İqtisadi Forumunda çıxışı zamanı ölkənin tənəzzülə uğramayacağına əmin olduğunu bildirib.

pia.az