Məşhur ispan rejissor vəfat edib

Klassik qorxu filmləri ilə tanınan ispan rejissor Yucenio Martin vəfat edib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ispan qorxu kinosunun ən önəmli simalarından olan rejissor Yucenio Martin 97 yaşında vəfat edib. Xüsusilə 1970-ci illərdə çəkdiyi filmlərlə tanınan Martin “İspaniyanın Tarantinosu” kimi də tanınırdı.

Onun həyat yoldaşı Lon Fleminq də Martinin ölüm xəbərini təsdiqləyib. Yucino Martinin ən məşhur əsərləri arasında “Pánico en el Transiberiano”, “Una vela para el diablo” və “El precio de un hombre” var.

pia.az