Brovarıda helikopterin qəzaya uğramasının səbəbi açıqlanıb

Göyərtəsində Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyinin olduğu helikopterin qəzaya uğramasının səbəblərini açıqlanıb…

PİA.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyindəki mənbələr yanvarın 18-də helikopterin Kiyev vilayətinin Brovarı qəsəbəsi yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı ekspertizanın ilkin məlumatları açıqlayıblar.

Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Denis Monastırskin, onun birinci müavininin Yevgeni Enin, idarənin dövlət katibi Yuri Lubkoviç və onların köməkçiləri qəza zamanı ölüblər.

Ukraynanın “Strana” qəzetinin xəbərində deyilir ki, “Kiyev vilayətinin Brovarı şəhərində Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə birgə helikopterin qəzaya uğramasının səbəbi pilotun səhvi olub”.

Mütəxəssislər pilotun çox alçaq uçduğunu, eyni zamanda güclü duman səbəbindən görünmənin məhdud olduğunu müəyyən ediblər. Pilot hündürmərtəbəli binanı çox gec görüb və toqquşmadan qaça bilməyib. Bu marşrut Belarusdan gələn raket hücumu təhlükəsi olduğu üçün seçilib.

Bundan əlavə, ərazidə naviqasiyaya təsir edən Ukraynanın elektron bastırma sistemi də ərazidə çalışıb. Çoxmərtəbəli binalarda isə elektrik enerjisi olmadığından işıqlaryanmayıb.

Mənbənin sözlərinə görə, maneəni görən pilot qəfil dönüş edib və helikopter ən yaxınlıqdakı uşaq bağçasının üzərinə düşüb.

pia.az