Finlandiya İsveç olmadan NATO-ya üzv olmaq istəmir…

Finlandiya Müdafiə Nazirliyinin rəhbəri İsveçlə birlikdə NATO-ya daxil olmağın vacibliyini qeyd edib…

Finlandiyanın müdafiə naziri Mikko Savola ölkənin xarici işlər naziri Pekka Haavistonun İsveç olmadan NATO-ya daxil olma ehtimalı ilə bağlı bəyanatı ilə razılaşmayıb.

PİA.az xarici mətbuata əsasən bildirir ki, Mikko Savola bu barədə Twitter hesabında yazıb. O, Stokholmla birlikdə Alyansa qoşulmağın vacibliyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Haavisto iki ölkənin hərbi-siyasi bloka daxil olması ilə bağlı danışıqlara fasilə verilməsini təklif etmişdi.

“Hazırda soyuqqanlı olmaq vacibdir. Biz İsveçlə eyni vaxtda NATO-ya üzvlük üçün müraciət etmişik. Finlandiyanın, İsveçin NATO-ya birlikdə qəbul edilməsi hər iki ölkənin maraqlarına uyğundur”, deyə Savola Twitter-də yazıb.

Bundan əvvəl fəallar Türkiyənin Stokholmdakı səfirliyinin düz qarşısında Quranı yandırıblar. Aksiya yerli hakimiyyət orqanları ilə razılaşdırılıb. İsveç radikalı Rasmus Paludan bu yolla tam söz azadlığı və demokratiya nümayiş etdirmək istədiyini bildirib.

Xatırladaq ki, Türkiyənin Stokholmdakı səfirliyinin İsveçli radikalların “Quran”ı yandırmasına cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Stokholm NATO-ya daxil olmaq haqqında sənədin ratifikasiyası üçün Ankaradan dəstək almayacaq. O qeyd edib ki, bu cür təxribatlar İsveç hökumətinin Türkiyədə terrorçu kimi tanınan Kürdüstan Fəhlə Partiyasını (PKK) dəstəkləmək də davam etməsinə dəlalət edir.

pia.az