ÜST: "Azərbaycan trans yağlardan müdafiə olunmayan ölkələr siyahısındadır"

Hər il dünyada 500 min nəfər bu səbəbdən yaranan ürək-damar xəstəlikləri nəticəsində ölür.  

Dünya üzrə 5 milyard insan trans yağlardan mühafizə edilmədiyi üçün onların ürək-damar xəstəliklərindən ölmə riski artıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirib.

Qeyd edilib ki, hər il dünyada 500 min nəfər bu səbəbdən yaranan ürək-damar xəstəlikləri nəticəsində ölür.

Hesabata əsasən, trans yağları istehlak edən 16 ölkədən 9-da ürəyin işemiyasından ölənlərin sayı daha çoxdur. Bunlar Avstraliya, Azərbaycan, Butan, Ekvador, Misir, İran, Nepal, Pakistan və Koreya Respublikasıdır.

pia.az