İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana təhvil verilib - Yenilənib

İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana təhvil verilib.

Bununla bağlı təşkilata üzv ölkələrin XİN rəhbərlərinin Daşkənddə keçirilən bugünkü iclasında qərar qəbul olunub.

***

Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası başlayıb.

Tədbir Özbəkistanın İƏT-də sədrliyi çərçivəsində keçirilir.

İclasda Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan XİN başçıları iştirak edirlər.

pia.az