Göyçayda avtomobilin vurduğu qız ağır xəsarət alıb

Faktla bağlı araşdırma aparılır...

Göyçay rayonunda avtomobilin vurduğu qız ağır xəsarət alıb.

"Report"un məlumatına görə, 1996-cı il təvəllüdlü Abbasova Könül Akif qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

pia.az