Almaniya: “Leopard-2 tanklarının Ukraynaya ixracına mane olmayacağıq”

“Tankları Kiyev üçün xüsusilə cəlbedici edən odur ki, istehsal olunan bütün Leopard tanklarının təxminən üçdə ikisi hələ də Avropadadır”...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Anna Baerbok bəyan edib ki, Polşa Ukraynaya Leopard-2 tanklarının göndərilməsi ilə bağlı müraciət etsə, buna mane olmayacaq.

Ukrayna Qərb ölkələrini Rusiyanı məğlub etməkdə onlara kömək etmək üçün Almaniya istehsalı olan Leopard-2 tankları verməyə çağırmışdı. Lakin Almaniya hələ də zirehli texnika göndərməyib və ixrac qanunları digər ölkələrin öz vasitələrini göndərməsinə mane olur.

Baerbok bazar günü bildirib ki, Polşa hələ ixrac icazəsi tələb etməyib. Baerbok, həmçinin, Fransanın LCI televiziyasına deyib:

“Bizə sorğu gəlməyib, lakin belə bir təşəbbüsə mane olmayacağıq”.

pia.az