Medvedev: Dünya üçüncü dünya müharibəsi astanasındadır

Rusiyanın sabiq prezidenti hesab edir ki, ABŞ-ın təcavüzü nəticəsində dünya üçüncü dünya müharibəsi təhlükəsinə yaxınlaşıb…

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hakim “Vahid Rusiya” Ali Şurasının bürosunun iclasında bildirib ki, ABŞ-ın təcavüzkar hərəkətləri nəticəsində dünya üçüncü dünya müharibəsi təhlükəsinə yaxınlaşıb.

PİA.az xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinin məlumatında deyilir. Medvedyevin sözlərinə görə, diplomatik qurumlar böhran içindədir.

“Partiyamız dünyada insanlarına həyata keçirdiyimiz xüsusi əməliyyatın məcburi tədbir olduğunu, ABŞ və onun peyklərinin təcavüzünə cavab olduğunu başa düşməyə kömək etməlidir. Aydındır ki, baş verənlərə görə dünya üçüncü dünya müharibəsi təhlükəsinə yaxınlaşıb. Üstəlik, çoxtərəfli diplomatiya institutları çox ciddi böhrandan keçir”, deyə Medvedev çıxışında bildirib.

“Vahid Rusiya” partiyasının sədri xatırladıb ki, BMT aparıcı dünya institutu olaraq və digər beynəlxalq platformalar kimi mübahisələrin və münaqişəli vəziyyətlərin həlli üçün yaradılıb. Lakin Medvedevin sözlərinə görə, indi onlar döyüş meydanına çevriliblər və Rusiyanın əleyhdarları özlərinin anti-Rusiya təşəbbüslərini dəstəkləmək üçün çoxlu sayda səs toplamağa çalışırlar.

pia.az