Avropa İttifaqı SEPAH-a sanksiya tətbiq edib - Yenilənib

Avropa İttifaqı (Aİ) insan hüquqlarını pozduğuna görə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) sanksiya tətbiq edib...

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında məlumat dərc olunub.

Bildirilib ki, "qara siyahı"ya həmçinin İrana bağlı 18 fiziki və 19 hüquqi şəxs də daxil edilib.

***

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İrana qarşı dördüncü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə İsveçin Avropa İttifaqındakı nümayəndiliyi tviterdə məlumat verib.

“Xarici işlər nazirlərinin bugünkü iclasında nazirlər İrana - repressiyaya rəhbərlik edənlərə qarşı yeni sanksiyalar paketini qəbul ediblər. Aİ İran hakimiyyətinin dinc nümayişçilərə qarşı qəddar və qeyri-proporsional güc tətbiqini qətiyyətlə pisləyir”, - paylaşımda qeyd olunub.

pia.az