Almaniya “Leopard” tanklarını Ukraynaya verməkdən niyə çəkinir?

“Leopard 2” ağır tanklarının Ukraynaya təhvil verilməsi qərarı bir çox amillərdən asılıdır...

PİA.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius ARD telekanalına müsahibəsində deyib.

Berlin “Leopard 2” tanklarından təkcə müdafiə məqsədi ilə deyil, həm də hücum texnikası kimi istifadə oluna biləcəyinə görə bu tankların Ukrayna ordusuna verilməsindən çəkinir. Bəzi alman siyasətçilərini qorxudan sonuncu amildir, ona görə də onların Ukraynaya çatdırılması məsələsinin həllini ləngidirlər.

Almaniyanın müdafiə naziri Boris Pistorius ARD telekanalına müsahibəsindəqeyd edib ki, problem tankların Ukraynaya çatdırılması ilə əlaqəli deyil, problem bu tanklardan Rusiya ərazisində istifadə olunması ehtimalı ilə bağlıdır. Çünki alman tankları təkcə müdafiə üçün deyil, həm də hücum üçün idealdır. “Buna görə də Berlin yuxarıdakı amillərin fonunda əsaslandırılmış qərar verəcək”, deyə Almaniyanın müdafiə naziri deyib.

Pistoriusun fikrincə, Almaniya bir tərəfdən Rusiyaya qarşı müharibədə Ukraynaya hər cür kömək etmək istəyir, digər tərəfdən isə Rusiyanın Ukraynaya qarşı müharibəsində açıq-aşkar münaqişə tərəfi olmaq istəmir.

Pistorius qeyd edib ki, Almaniya Müdafiə Nazirliyinin anbarında neçə “Leopard 2” tankının olduğunu dəqiq bilmir.

Hələlik tankların Ukraynaya verilməsi məsələsi həll olunmayıb, lakin Müdafiə Nazirliyinin rəhbəri artıq məsələnin müsbət həll oluna biləcəyinə hazırlaşır. O, həm tərəfdaşlarla, həm də Almaniyanın müdafiə sənayesi ilə koordinasiya işləri aparır.

Qeyd edək ki, dünən Almaniyanın xarici işlər naziri Annalena Berbok açıq şəkildə bildirib ki, digər Aİ ölkələri Almaniya istehsalı olan tankları Ukraynaya versələr, Berlin buna etiraz etməyəcək.

pia.az