Kayli Cenner uşağının adını dəyişdi

Realiti-şou ulduzu Kayli Cenner 11 aylıq oğlunun adını dəyişdiyini açıqlayıb...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial media hesabından paylaşım edən Cenner ilk dəfə oğlunun fotosunu paylaşıb. Məşhur model Kendal Cennerin bacısı, 25 yaşlı Kayli Cenner 2 fevral 2022-ci ildə ikinci dəfə ana olub.

Cenner əvvəlcə keçmiş sevgilisi reper Travis Skotdan dünyaya gələn oğullarına Wolf adını verib. Lakin onlar bu adın onun şəxsiyyətinə uyğun gəlmədiyinə qərar verdikdən sonra uşağın adını dəyişməyə qərar veriblər.

Cenner isə Instagram hesabından 11 aylıq oğlunun adının artıq Aire olduğunu yazaraq, ilk dəfə körpənin üzünü göstərib.

pia.az