Mərakeş Ukraynaya 20-yə yaxın T-72B tankı göndərib

Bu, Mərakeşin Ukraynaya hərbi yardımının birinci partiyasıdır, Rabatın Kiyevə dəqiq neçə tank göndərməyə hazır olduğu hələlik məlum deyil…

Mərakeş Ukraynaya hərbi yardım göstərən dövlətlərə qoşulub. Rabat 1999-2000-ci illərdə Belarusdan aldıqları sovet istehsalı olan 20-yə yaxın T-72B tankını Kiyevə göndərib.

PİA.az xəbər verir ki, bu barədə Əlcəzairin MenaDefense nəşri məlumat verib.

Nəşrin yazdığına görə, bu, Mərakeşin Ukraynaya hərbi yardımının birinci partiyasıdır və Rabatın Kiyevə dəqiq neçə tank göndərməyə hazır olduğu hələlik məlum deyil.

Nəşr bildirir ki, tankların verilməsi ilə bağlı qərar müttəfiqlərin Ukraynaya hərbi dəstəyin göstərilməsi məsələlərini müzakirə etdiyi Ramşteyn formatında aprel görüşündə qəbul edilib. Mərakeş və Tunis həmin görüşdə Şimali Afrikanı təmsil edən yeganə ölkələr olub.

pia.az