ABŞ-la Almaniya arasında “Leopard” tankları ilə bağlı gərginlik yaşanır

ABŞ müdafiə naziri Şoltsun ən yaxın müşaviri ilə Almaniyanın tankların Ukraynaya ötürülməsi ilə bağlı mövqeyinə görə mübahisə edib…

PİA.az xəbər verir ki, bu barədə Almaniyanın Süddeutsche Zeitung nəşri məlumat yayıb.

Qəzet qeyd edir ki, Almaniya hakimiyyətinin Ukraynaya “Leopard” tanklarının verilməsi tələbinə ləng reaksiya verməsi Vaşinqtonda ciddi narazılıq yaradıb.

Nəşrin yazdığına görə ABŞ hökuməti, Berlinin öz tələblərini ictimailəşdirməsindən xüsusilə qıcıqlanır. Pentaqonun rəhbəri Ostin, son Ramsteyn zamanı Şoltsun ən yaxın sirdaşı Volfqanq Şmidtlə razılaşmayıb. “Rəsmilərin görüşü gərgin keçib”, deyə qəzet yazır.

Bundan əlavə, Süddeutsche Zeitung qəzeti yazır ki, ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Almaniya kanslerinin müşaviri Yens Plötnerlə telefon danışığında Almaniyanın hərəkətlərini kəskin tənqid edib.

pia.az