Zelenskinin Consondan xahişi…

Zelenski Consondan Ukraynanın NATO-ya daxil olması üçün kömək istəyib…

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Vladimir Zelenski Böyük Britaniyanın keçmiş baş naziri Boris Consondan Ukraynanın NATO-ya daxil olması üçün yardım istəyib.

PİA.az xəbər verir ki, buu barədə Ura.ru saytı məlumat yayıb.

Vladimir Zelenski qeyd edib ki, alyansa üzvlük Kiyevin təhlükəsizliyinin ən yaxşı təminatı olacaq.

Andrey Yermak onu da vurğulayıb ki, Ukrayna üçün ölkənin Şimali Atlantika Alyansına üzv olması barədə “baxışları təbliğ etmək” son dərəcə vacibdir.

Bundan başqa Zelenski və Conson “sülh sammiti”nin hazırlanması məsələsini müzakirə ediblər.

Qeyd edək ki, yanvarın 22-də Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynaya səfər edib.

pia.az