Zaqatala sakini yıxılaraq xəsarət alıb

Zaqatalada tövlənin çardağından yıxılan 59 yaşlı kişi ağır xəsarət alıb...

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qımır kəndində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Həsrət Süleyman oğlu Atayev yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından yıxılaraq ağır xəsarət alıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılan H.Atayevin üzərində cərrahiyyə əməliyyatı aparılaraq dalağı çıxarılıb.

H.Atayevin müalicəsi xəstəxananın eeanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

pia.az