Şərur və Kəngərlidə qadağan edilmiş tütün məmulatları aşkarlanıb - Foto

Naxçıvanın Şərur və Kəngərli rayonlarında satışı qadağan edilən tütün məmulatları aşkarlanıb.

"Report"un Naxçıvan bürosunun məlumatına görə, Şərur Rayon Polis İdarəsinin əməkdaşları Yengicə kəndində və Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları isə Qıvraq qəsəbəsində pərakəndə ticarətlə məşğul olan sahibkarlardan ümumilikdə 700 qutudan çox aksiz markasız, satışı qadağan edilmiş tütün məmulatlarını aşkarlayaraq dövriyyədən çıxarılmasını təmin ediblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

pia.az