Leyla Əliyeva “Ömür” adlı şeirini təqdim etdi

“Mən səni görmək üçün, yuxu nədi - tapmıram...”
Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib“Ömür” adlı şeiri oxucuların ixtiyarına veririk.(Жизнь)Bax, ömrüm ötüb keçir,Velosiped belində.Dayan, məni də gözlə -Ömrüm-günüm, axı mənCavabdehəm tək sənə?!.Dayan, bir əyləci bas,De, hara şütüyürsən?Külək, ona sinə gər,Bəlkə yavaşıdasan...Bax, ömrüm ötüb keçirGödəkçədə, çəkmədə...Sanki bir qəhrəmandır –Rəssamın ağ lövhədəqara rənglə çəkdiyio gözəlim əsərdə...Ömrüm, dayan, bəri bax,Ani olsa da belə...Gündoğandan əriyən,VAXTı əbədi elə...Qürub çağını uzatUzat, sonsuza qədər.Həyatım, məni gözləÖmrüm ötməsin hədər...Yuxularda gəlirsən –Mən səni görmək üçün.Yuxu nədi – tapmıram...qucub xəyallarınıgözü açıq qalıram...Həyatım, səninləyəm,Tək-tənha olanda da.O sirli, o atəşliiti baxışlarınlaməni ovudanda da...Sən... təbiət kimisən –hər fəslin yerindədir...sirdaşlıq örnəyisən,gözəllik... qəlbindədir..!