ANAMA-nın ilkin nizamnamə fondunun məbləği artırıldı

Agentliyin ilkin nizamnamə fondu 2 209 512,9 manat müəyyənləşib...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ilkin nizamnamə fondunun məbləği artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Sənədə əsasən, Agentliyin ilkin nizamnamə fondu 2 209 512,9 manat müəyyənləşib.

Qeyd edək ki, daha əvvəl bu məbləğ 100 000 manat olub.

pia.az