İranda məktəbli qızlar intihara cəhd etdilər - Video

Hadisə Sənəndəc şəhərində baş verib...

İranda təxminən 15 yaşında olan iki məktəbli qız intihara cəhd edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, hadisə Sənəndəc şəhərində baş verib. Yeniyetmələr körpüdən tullanmaqla canlarına qəsd etmək istəyiblər. Həmin vaxt oradan keçən avtomobil sürücüsü qızlardan birinə mane ola bilib, ancaq ikinci qız özünü atıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

pia.az