Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Araşdırmalar davam etdirilir...

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

pia.az