NATO Baş katibi Ermənistan XİN rəhbəri ilə görüşəcək

Görüş NATO-nun Brüsseldəki mənzil - qərargahında keçiriləcək...

NATO Baş katibi Yens Stoltenberq yanvarın 23-də Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşəcək.

“Report” xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən bildirilib.

Görüş NATO-nun Brüsseldəki mənzil - qərargahında keçiriləcək.

Tərəflərinin Cənubi Qafqazdakı durumu da müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, daha əvvəl NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistana səfər etmişdi.

pia.az