Rza Talıbov atasının istefasından sonra ilk dəfə görüntüləndi

Rza Talıbov DMX rəhbərliyi ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib...

Bu gün Şəhidlər xiyabanını ziyarətə gələnlər arasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbov da olub.

PİA.az-ın UNİKAL-a istinadən məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş idarəsinin rəisi olan Rza Talıbov DMX rəhbərliyi ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib.

Xatırladaq ki, bir müddət öncə onun işdən çıxarılması ilə bağlı xəbərlər yayılmışdı.

pia.az