Səs tellərində problem olan Aleyna Tilkinin həkimindən açıqlama

Səs tellərində problem olan və bir müddətdir səhnədən uzaq düşən Aleyna Tilkinin həkimi açıqlama verib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dr. İlber Denizoğlu müğənninin müalicə prosesinin davam etdiyini bildirib:

“Səs müalicələrimizi davam etdiririk. Müğənnilik, daha dəqiq desək, peşəkar vokal ifaçılığı iki ölçüyə malik bir işdir və birinci ölçü təbii ki, bədii istedadlar və musiqi bilikləridir. İkinci ölçü isə idmandır. Əgər səhnədə çıxış edirsənsə, bunun idman tərəfi də var”.

Həkim əlavə edir:

“Məsələn, peşəkar futbolçunun həyatı boyu qarşılaşacağı zədələr ola bilər. Bu futbolçular müvafiq müalicə ilə meydana qayıdırlar. Aleyna xanımla müalicəmizdən sonra daha güclü şəkildə səhnəyə qayıdacağıq”.

pia.az