NBA-da ilk üçlüyü vuran Kris Ford vəfat etdi

Amerika Basketbol Liqasında (NBA) ilk dəqiq üçlük vurmaqla tarix yazan keçmiş basketbolçu Kris Ford dünyasını dəyişib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç xallıq xəttin ardınca ilk xalı qazanan keçmiş NBA oyunçusu və baş məşqçisi Kris Ford 74 yaşında dünyasını dəyişib.

NBA-dan verilən açıqlamada Kris Fordun vəfat etdiyi bildirilib, həmçinin, ailəsinə, dostlarına və pərəstişkarlarına başsağlığı verilib.

Fordun ölüm səbəbi ailəsi tərəfindən açıqlanmasa da, ABŞ mətbuatında çıxan xəbərlərə görə, Ford infarkt keçirərək dünyasını dəyişib.

pia.az