Moldova da müttəfiqlərindən hava hücumundan müdafiə sistemləri istəyir

Moldova prezidenti Maia Sandu bildirib ki, Kişinyov öz müttəfiqlərindən hava hücumundan müdafiə sistemləri istəyib…

PİA.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Sandu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə deyib:

“Biz havadan müşahidə və müdafiə sistemləri tələb etdik. Ancaq Kişinyov onu başa düşür ki, Ukrayna Qərb silahlarının verilməsi üçün prioritetdir. Ancaq biz həm də bir şey əldə edəcəyimizə ümid edirik”, deyə Sandu bildirib.

Sandu həmçinin qeyd edib ki, Moldovaya vətəndaşları inflyasiyadan qorumaq üçün 2023-cü ildə 650 milyon dollar büdcə dəstəyi lazımdır.

pia.az