Fransada tətillər yanacaq təchizatında fasilələrə səbəb olub

Tətillər La Meda bioyanacaq zavodunu da sıradan çıxarıb…

Fransada pensiya yaşının artırılması ilə bağlı tətillər böyük neft-qaz şirkəti TotalEnergies SE tərəfindən idarə olunan üç neft emalı zavodunun yanacaq təchizatında fasilələrə səbəb olub.

PİA.az xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir. Agentliyin məlumatına görə, dekabrdakı etirazlarla əlaqədar ölkədə bir çox yanacaqdoldurma məntəqələri fəaliyyətini dayandırıb.

Məqalədə bildirilir ki, Total Donges, Normandy və Feyzin zavodlarından yanacaq tədarükü dayandırılıb. Bu səbəbdən sonuncu müəssisənin rəhbərliyi əməliyyat göstəricilərini minimuma endirmək məcburiyyətində qaldı.

Həmçinin bildirilir ki, tətillər La Meda bioyanacaq zavodunu da sıradan çıxarıb.

pia.az