"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Qazaxıstan "Astanası"ndan ayrılan Kilan Lebonu transfer edib.

Fransalı hücumameylli yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Neftçi" daha əvvəl "Sumqayıt"dan Höccət Haqverdinin keçidini həll edib.

pia.az