Kiyev yaxınlığında helikopterin qəzaya uğraması ilə bağlı üç versiya açıqlanıb

Ukrayna Təhlükəsizlik Xidməti Kiyev vilayətində helikopterin qəzaya uğraması ilə bağlı üç versiya açıqlayıb…

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) müstəntiqləri Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması ilə bağlı ibtidai istintaqa başlayıb.

PİA.az xəbər verir ki, UTX-nın mətbuat xidməti teleqram kanalında fəlakətin üç versiyasının nəzərdən keçirildiyi xəbər verilir.

Qəza versiyaları arasında uçuş qaydalarının pozulması, helikopterin texniki nasazlığı və helikopteri qəzaya uğratmaq üçün üçün qəsdən hərəkətlər nəzərdən keçirilir.

Ukrayna Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, saat 15:00-a olan məlumata görə, qəza yerində 14 ölü, o cümlədən helikopter ekipajı və bir uşağın şəxsiyyəti müəyyən edilib. Bundan başqa, helikopterin qəzaya uğraması nəticəsində 11-i uşaq olmaqla 25 nəfər xəsarət alıb.

Qeyd edək ki, yanvarın 18-də səhər saatlarında Brovarıda uşaq bağçasının yaxınlığında helikopter qəzaya uğrayıb. Helikopterdə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi, nazir Denis Monastırski və onun müavini Yevgeni Enin olub. Qəza nəticəsində vəzifəli şəxslər ölüb.

pia.az