Avropa İttifaqı Ermənistana iki dəfə çox müşahidəçi göndərəcək

Avropa İttifaqı Ermənistan və Azərbaycan sərhədinə iki illik mandatla 100 müşahidəçiyə qədər genişləndiriləcək yeni missiya göndərmək niyyətindədir…

PİA.az xəbər verir j ki, bu Politico nəşrinin Avropa təşkilatının diplomatik xidmətindəki mənbələrə istinadən məlumatında bildirilir. Missiyanın təsdiq edilməsi üçün qərar layihəsi baxılmaq üçün yaxın günlərdə Brüsseldə siyasət və təhlükəsizlik komitəsinə göndəriləcək.

Aİ-nin İrəvanla belə bir qarşılıqlı anlaşması var ki, yeni mövcud vəziyyətdə missiyanın sayını artırmağa ehtiyac var və bu üzdən də Ermənistan sərhədinə 100-ə qədər müşahidəçi göndəriləcək, deyə Politoco-nun məlumatında bildirilir.

Xatırladaq ki, 40 müşahidəçidən ibarət ilk missiya 2022-ci ilin oktyabrında Lüksemburqda Aİ xarici işlər nazirləri tərəfindən təsdiq edilib. Mandatı iki ay olan missiya heyəti həmin ayın sonunda işə başlayıb. Missiyanın fəaliyyəti dekabrın 19-da başa çatıb.

Yeni missiyada yer alan avropalı müşahidəçilər yalnız Ermənistan-Azərbaycan sərhədində yerləşən əvvəlki missiyadan fərqli olaraq Ermənistanın bütün ərazisini patrul edəcək.

pia.az