Elmar Məmmədyarov Norveçin yeni səfirin qəbul etdi

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycana təyin olunmuş yeni səfiri Bard İvar Svendseni qəbul edib
PİA.AZ XİN-in rəsmi saytına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən, xüsusilə enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.Nazir E.Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.Səfir Bard İvar Svendseni iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səyləriniəsirgəməyəcəyini bildirib.Görüşdə iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.