Tibetdə qar uçqununda 8 nəfər ölüb

Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər...

Çinin qərbindəki Tibet Muxtar Rayonunda (TMR) avtomobil tunelinin yaxınlığında qar uçqunu nəticəsində azı 8 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi məlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, hadisə Nyinqçi şəhəri yaxınlığında (TMR-nin cənub-şərqində) baş verib. Xilasetmə əməliyyatlarını həyata keçirmək üçün 250-yə yaxın insan və 70-dən çox texnika səfərbər edilib.

Yerli administrasiya ikinci dərəcəli hadisələrin qarşısını almaq üçün tədbirlər görüb. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

pia.az