Separatçıların lideri ilə Azərbaycan nümayəndəsinin görüşü olub

Görüş Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun vasitəçiliyi ilə baş tutub…

Laçın yolu ilə bağlı problemin həlli üçün Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini ilə Qarabağdakı erməni separatçılarının lideri Araik Arutunyan arasında görüş keçirilib.

PİA.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Ermənistan mətbuatının məlumatına görə Azərbaycan tərəfində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, daxili işlər naziri və hökumətin digər nümayəndəsi iştirak edib. Görüşdə Rusiya tərəfdən sülhməramlı birləşmənin komandiri Andrey Volkov iştirak edib.

Görüşdə müzakirə oluanan məsələlər və əldə olunan nəticələr barədə məlumat verilmir.

Xatırladaq ki, Ermənistan mətbuatı iki gün əvvəl Xocalıda, Rusiya sülhməramlılarının qərargahında azərbaycanlılarlar ermənilər arasında təmas olduğunu yazmışıd.

Qeyd edək ki, bu gün mətbuat konfransında Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, yaxın vaxtlarda Laçın yolu açıla bilər. Lavrov həmçinin ermənilər tərəfindən Laçın yolu ilə Qarabağa keçirilən minalardan da bəhs edib.

pia.az