Bakıda qadını avtomobil vurub

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib...

Bakının Xətai rayonunda bir nəfəri avtomobil vurub.

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, prospektin piyada üçün müəyyən edilməyən hissəsindən keçən 1973-cü il təvəllüdlü Süleymanova Sədaqət Mirəhəd qızını minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

pia.az