Ukrayna Daxili İşlər naziri Kiyev yaxınlığında helikopter qəzasında ölüb - Video

Kiyev yaxınlığında helikopter qəzaya uğrayıb, Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri və daha 15 nəfər həlak olub…

PİA.az xəbər verir ki, bu barədə bu barədə Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko məlumat verib.

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Enin Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.

"Bu gün səhər saatlarında, yanvarın 18-də Brovarıda Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi: nazir, nazirin birinci müavini və dövlət katibi həlak olub", deyə məlumatda deyilir.

Qəza nəticəsində ümumilikdə 16 nəfərin öldüyü bildirilir. Onlardan doqquzu helikopterin göyərtəsində olub, ölənlər arasında iki uşaq da var. 22 zərərçəkən isə xəstəxanaya yerləşdirilib. Onlardan 10-u uşaqdır.

Ukrayna mətbuatı bildirir ki, helikopter uşaq baxçasının yaxınlığna düşüb. Hadisə yerində yanğın baş verib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının spikeri Yuri İqnat bildirib ki, Kiyev vilayətinin Brovarı şəhərində qəzaya uğrayan helikopter Dövlət Fövqəladə Hallar Xidmətinin tapşırıqlarını yerinə yetirirmiş.

pia.az