Dünyanın ən yaşlı insanı 118 yaşında vəfat etdi

“O, uzun zamandır ölüm həsrətində idi”...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Dünyanın ən yaşlı insanı” titulunu daşıyan 118 yaşlı fransız rahibə Lusil Randon dünyasını dəyişib.

Fransanın cənubunda, Randonun qaldığı Tulondakı qocalar evinin rəsmiləri ölkə mətbuatında yer alan xəbərlərə görə, rahibənin çərşənbə axşamı yatağında öldüyünü bildirib.

Səlahiyyətlilər təcrübəli tibb bacısı Andre kimi tanınan bacı Randonun ölümündən kədərləndiklərini, ancaq onun uzun zamandır ölüm həsrətində olduğunu qeyd ediblər.

Ötən il aprelin 25-dən etibarən dünyanın ən yaşlı insanı titulunu daşıyan 1904-cü ilin fevralında anadan olan rahibə Lusil Randon 2021-ci ilin əvvəlində Covid-19-dan da sağ çıxıb.

pia.az