Şolts: Biz Rusiya qazının yoxluğunu çox asan yola verdik…

Almaniya Rusiya qazının tədarükünün tamamilə dayandırılmasını artıq təhlükə olaraq görmür...

Kansleri Olaf Şolts çərşənbə axşamı, yanvarın 17-də bildirib ki, Almaniya Rusiya qazının tədarükünün tamamilə dayandırılmasının nəticələrindən asanlıqla yola verir.

PİA.az xəbər verir ki, bu barədə Bloomber-in məlumatında bildirilir.

Agentliyin telekanalına verdiyi müsahibədə Scholz deyib ki, Rusiya qazının Avropaya tədarükünün dayandırılmasından belə asanlıqla çıxacaqlarını heç kim gözləmirdi:

“Mən tam əminəm ki, bundan sonra tənəzzül olmayacaq. Biz çox çətin vəziyyətlərə cavab vermək iqtidarında olduğumuzu göstərdik. Düşünürəm ki, Rusiya qazının Almaniyaya və Avropaya nəqlinin tamamilə dayanacağı bir vəziyyətdən asanlıqla sağ çıxacağımızı heç kim gözləmirdi. Amma verdiyimiz bütün qərarlarla bunun öhdəsindən gəldik”, deyə kansler deyib.

“Rusiya qazını əvəz etmək üçün 20 kömür stansiyası yenidən işə salındı, keçən həftə mayeləşdirilmiş təbii qazın qəbulu üçün yeni terminal istifadəyə verildi ki, bu da son bir ildə ikincidir. Üçüncü terminal gələn həftə açılacaq. Yay və payız aylarında qənaət tədbirlərinin tətbiqi qaz anbarlarını doldurmağa imkan verdi. Bütün bunlar Almaniyaya böhrandan çıxmağa və iqtisadiyyatda tənəzzüldən qaçmağa imkan verəcək. Rusiya qazının alternativ tədarüklə əvəzlənməsi strategiyası davam edəcək”, deyə Almaniya kansleri Bloomber-ə bildirib.

pia.az