Kissincer Ukraynanın NATO-ya üzv olmasını dəstəkləyib

Həmçinin beynəlxalq siyasətin patriarxı hesab edir ki, Ukraynada sülh əldə edildikdən sonra Rusiyanın da beynəlxalq sistemə qayıtmasını vacib sayır…

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib. O, ölkədə sülh təmin edildikdən sonra UkraynanıN Şimal Alyansına üzvlüyününuyğun olacağını bildirib.

“Baş verənlərdən sonra neytral Ukrayna ideyasının artıq mənası yoxdur”, deyə Kissincer qeyd edib.

ABŞ-ın keçmiş dövlət katibi həmçinin Rusiyanın da müharibədən sonra beynəlxalq sistemə qayırmasını vacib sayıb.

“Ukraynada istənilən sülh razılaşmasından sonra Rusiyaya bir gün beynəlxalq sistemə qayıtmaq imkanı verilməlidir və Moskva ilə dialoq hər halda davam etməlidir”, deyə Kissincer əlavə edib.

pia.az